203 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir
Paytaxtda 203 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.
“TV1” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.
Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.








