ABŞ-ın müsəlman senatoru Azərbaycan əleyhinə bəyanat səsləndirib
ABŞ Senatına seçilən ilk amerikalı müsəlman Əbdül Əl-Sayed Azərbaycan əleyhinə bəyanat səsləndirib.
“TV1” xəbər verir ki, Seçki kampaniyası dövründə Əl-Sayed Amerikanın Erməni Milli Komitəsinin (ANCA) dəstəyini qazanıb. Təşkilat tərəfindən yayılan bəyanatda o, bu dəstəyə görə təşəkkürünü bildirib və Miçiqanın erməni icmasının ştatın vacib bir hissəsi olduğunu vurğulayıb.
Əl-Sayed bu yarışda ANCA-nın dəstəyini almasından qürur duyduğunu bildirərək, Miçiqandakı erməni mənşəli amerikalıları ştatın dəyərli bir parçası kimi xarakterizə edib.
O, həmçinin Tramp administrasiyasının Azərbaycana göstərdiyi qeyd-şərtsiz hərbi yardımı beynəlxalq hüququn kobud şəkildə pozulması adlandıraraq kəskin şəkildə pisləyib.








