Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır - Rəsmi

media-ads_728_90

Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır. Yekun parametrlər hazırda hökumət daxilində müzakirə edilir.

“TV1” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, büdcə zərfində cari xərclərin tərkibində məhz bu istiqamət üçün müvafiq ehtiyat yaradılıb.

“Ondan irəli gələrək cari xərclərdə artım var. Çünki sosial islahat paketi ənənəvi olaraq bir çox istiqaməti, seqmenti əhatə edir. Bütün bu istiqamətlər də cari xərclərə daxildir”, – deyə o əlavə edib.

media-ads_728_90
Paylaş