Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
“TV1” xəbər verir ki,bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
məluamat görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan vətəndaşı İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.








