Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan karate üslubu üzrə Avropa çempionatının qalibi olub.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
O, parakarate yarışlarının K10 kateqoriyasında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.








