Dövlət Sosial Müdafiə Fondunun xərcləri artırılır
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çoxdur.
“TV1” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, 2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
“O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır”, – deyə Anar Əliyev qeyd edib.
Nazir 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırıldığını qeyd edərək deyib: “2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61 faizinin və ya 194,2 milyon manatının yönəldilməsi proqnozlaşdırlır, o cümlədən işsizlikdən sığorta ödənişi üzrə 36 milyon manat vəsait nəzərdə tutulur”.








