Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

media-ads_728_90

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan “ASAN xidmət” bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir.

“TV1”  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində bildirilib.

“Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi “ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir”, – deyə müraciətdə qeyd olunur.

media-ads_728_90
Paylaş