Azərbaycanda ilk dəniz milli parkı yaradılır

media-ads_728_90

Azərbaycanda ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlanıb.

“TV1”  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, həmin ərazidə dəniz akvatoriyası milli parka daxil olacaq ki, bu da dəniz akvatoriyasının mühafizəsinin təmin olunması, orada müəyyən reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması deməkdir: “Biz sahil və dəniz ekosistemlərinə fokuslanmışıq. Məlumat üçün bildirim ki, ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkı Bakı şəhərinə ən yaxın milli parkdır və 700 hektar ərazidə yerləşir. Biz artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Həmin ərazidə dəniz akvatoriyası milli parka daxil olacaq ki, bu da dəniz akvatoriyasının mühafizəsinin təmin olunması, orada müəyyən reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması deməkdir”.

R. Allahverdiyev bildirib ki, qanunsuz balıq ovuna qarşı mübarizənin təmin olunması istiqamətində fəaliyyət həyata keçirilir: “Burada əsas istiqamətlər qorunan ərazilərin sanitariya-mühafizə zonalarıdır ki, orada müəyyən mühafizə rejimi tətbiq olunur. Həmin ərazilərdə mühafizənin daha ciddi formada təmin olunması və digər tədbirlər nəzərdə tutulur. Daha bir istiqamət isə balıqların kürüləmə dövründə mühafizənin daha ciddi rejimə keçirilməsidir. Mühafizə rejimi ilin 365 günü qüvvədədir, amma kürüləmə dövründə və digər mühüm anlarda növbətçilik sistemi 24/7 rejiminə keçirilir ki, həmin ərazilərə müdaxilə mümkün olmasın”.

media-ads_728_90
Paylaş