Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
bildirilib ki, noyabrın 8-də Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.
Biletləri ABY-nin saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə edə bilərsiniz.








