Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb
Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.
“TV1” xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının binasında keçirilən forumda 400-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” və “WUF13 irsi QHT təşəbbüslərində” mövzularında panel müzakirələri keçiriləcək.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciətinin qəbul olunması nəzərdə tutulur.
Forum bədii proqramla yekunlaşacaq.








