ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı genişmiqyaslı razılaşmanın əldə olunacağını bildirib.

“TV1” xəbər verir ki, Tramp açıqlamasında razılaşmanın yalnız Ukrayna ilə məhdudlaşmayacağını, Avropanın digər ölkələrini də əhatə edə biləcəyini söyləyib.

“Razılaşma olacaq. Bu, böyük bir razılaşma olacaq və təkcə Ukraynanı əhatə etməyəcək. Hətta deyə bilərəm ki, bütün Avropanı da əhatə edə bilər. Bu, böyük və möhtəşəm bir razılaşma olacaq. Hər kəs bundan məmnun qalacaq”, – deyə Amerika lideri vurğulayıb.

media-ads_728_90
Paylaş