Çin səfiri Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənəcəyinə əmindir

media-ads_728_90

Çinin Azərbaycandakı səfiri Lu Mey ölkə xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

“TV1”  xəbər verir ki, bu barədə diplomat bu gün brifinqdə bildirib.

Lu Mey Azərbaycan və Çin arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Çox tezliklə Azərbaycan xalqı Zəfər Gününü qeyd edəcək. Bu münasibətlə ölkə xalqını təbrik etmək istərdim”, – diplomat bildirib.

 

media-ads_728_90
Paylaş