Minsk-Bakı reysini həyata keçirən sərnişin təyyarəsində dava olub - EKSKLÜZİV

media-ads_728_90

Noyabrın 6-da gecə saatlarında Belarusun “Belavia” şirkətinə məxsus Minsk-Bakı reysini həyata keçirən sərnişin təyyarəsi 2 sərnişinin arasında baş vermiş dava səbəbindən gecikib.

“TV1” xəbər verir ki, sərnişinlər təyyarə havaya qalxmadan öncə laynerin göyərtəsində dava ediblər.

İki sərxoş sərnişinin davası səbəbindən təyyarə havaya 1 saat sonra gecikmə ilə qalxmalı olub. Həmin sərnişinlər hüquq-mühafisə orqanlarının əməkdaşları tərəfindən göyərtədən endiriliblər. Sonra bütün sərnişinlər də təyyarədən endirilib.

Təhlükəsizlik qaydalarına uyğun olaraq, bundan sonra hava gəmisi yenidən yoxlamadan keçirilib. Bu isə vaxt itkisinə və sərnişinlərin narazılığına səbəb olub.

media-ads_728_90
Paylaş