Polşada terror aktı olub - Ölənlərin sayı 6-ya çatıb, 15 nəfər yaralanıb
Polşada Krakov meydanında baş verən atışma nəticəsində ölənlərin sayı 6-ya yüksəlib, 15 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının məlumatında bildirilib.
Qeyd olunub ki, hücum edən şəxs avtomobilindən təsadüfi insanlara atəş açıb. O, polislə atışma zamanı yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisə zamanı iki polis əməkdaşı da yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Kiçik Polşa voyevodalığının rəhbəri Yan Klençar bildirib ki, yaralanan 15 nəfərdən 12-sinin vəziyyəti ağırdır.
Polşanın Baş naziri Donald Tusk isə atışmanı terror aktı adlandırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hücum edən 25 yaşlı şəxs Polşa vətəndaşıdır. O, kamuflyaj geyimində olub və AR-15 tipli hərbi tüfəngdən atəş açıb. Hadisə yerindən qaçmağa cəhd edərkən onun avtomobili başqa nəqliyyat vasitəsi ilə toqquşub.








