media-1200x100

2030-cu ildə Qış Olimpiya Oyunları bu ölkədə KEÇİRİLƏCƏK

media-ads_728_90

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

“TV1” xəbər verir ki, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.

Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Həmçinin üç region – Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşmanın təsdiqlənməsi təmin olunmalıdır. Fransa nümayəndə heyəti bu tələblərin hökumətin lazımi vəziyyətdə olduğu zaman həyata keçiriləcəyini təsdiqləyib.

Zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

media-ads_728_90
Paylaş