3 mindən çox insanın Azərbaycana girişi məhdudlaşdırılıb
İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu qərarlardan 1104-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə tətbiq olunub.
Digər 2 min 889 əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkəyə girişinə məhdudiyyət qoyulub.