ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər

media-ads_728_90

Pentaqon Amerikanın Avropadakı hərbi mövcudluğunu azaltmaq variantlarını araşdırır. Təxminən 25 000 hərbçinin vətənə qaytarılması, eləcə də döyüş təyyarələrinin, gəmilərin və müxtəlif silahların yenidən yerləşdirilməsi gözlənilir.

“TV1” xəbər verir ki, “NBC News”a istinadən xəbərinə görə, bu barədə rəsmi mənbələr bildirib.

Telekanalın məlumatına görə, başqa ssenari də nəzərdən keçirilir: mövcud kontingentin yarısına qədəri – təxminən 80 000 nəfərdən 40 000-ə qədəri Avropadan çıxarıla bilər. Əgər təşəbbüs tətbiq olunsa, bu, “Soyuq müharibə”nin sonundan bəri Avropadakı Amerika qüvvələrinin ən böyük ixtisarı olacaq.

Qeyd olunur ki, əsas ixtisar təxminən 36 000 Amerika hərbçisinin yerləşdiyi Almaniyaya, eləcə də İtaliya və İspaniyaya təsir göstərə bilər. Bu, bu ölkələrin rəhbərliyinin əvvəllər ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləməməsi ilə bağlıdır.

“NBC News”un məlumatına görə, ABŞ-nin Avropadakı qüvvələrinin komandanı general Aleksus Qrinkeviçin bu həftə Pentaqon rəhbəri Pit Heqsetə potensial azalma ssenarilərini təqdim etməsi gözlənilir.

Yekun tövsiyələr nazirə 6 noyabrda təqdim ediləcək, bundan sonra sənəd təsdiq üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.

media-ads_728_90
Paylaş