ABŞ-da təyyarə uçuş zolağından çıxıb - Ölənlər və xəsarət alanlar var
“Amazon Prime Air” şirkətinin reys üçün yola düşən “Boeing 767-300” yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər həlak olub, beş nəfər isə yaralanıb.
“TV1” xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.
Açıqlanan məlumata görə, hadisənin səbəbini Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdıracaq.








