ABŞ diplomatı Azərbaycan dilində mesaj yaydı - VİDEO
“ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir”.
“TV1” xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı xalqımıza ünvanladığı təbrik mesajında bildirib.
“Bu ilin iyun ayında Azərbaycana gəldiyimdən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. Bu müddət ərzində bir çox dəyərli insan tanıdım. Onlara Azərbaycan hökumətindəki həmkarlarım, tələbələr, biznes icmasından olan insanlar daxildir. Onların hər birinə dərin təşəkkürlərimi bildirirəm.
ABŞ-nin Azərbaycandakı səfirliyi adından sizə və ailələrinizə möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram!
…Yeni iliniz mübarək olsun. Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm!” – Emi Karlon vurğulayıb.
Bu gün biz həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, həm də Yeni ilin gəlişini qeyd edirik!
ABŞ-nin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun bu iki əlamətdar gün münasibətilə təbrikini və Azərbaycanda çalışdığı ilk altı ayı qeyd edən mesajını sizinlə… pic.twitter.com/UBDSKeuzMW
— U.S. Embassy Baku (@USEmbassyBaku) December 31, 2025








