ABŞ hərbçiləri Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıblar

media-ads_728_90

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador narkokarteli tərəfindən istifadə olunan gəmini ələ keçirərək məhv ediblər.

“TV1” xəbər verir ki, bu barədə sentyabrın 7-də ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Komandanlığın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda bildirilib ki, batırılan su nəqliyyat vasitəsi narkokartel tərəfindən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.

“Kəşfiyyat məlumatları gəminin qəddar “Los-Çoneros” narkoterror təşkilatının maraqlarına xidmət etdiyini təsdiqləyib. Göyərtədə olan şəxslər Ekvador hökumətinə təhvil veriləcək. Ekipaj üzvləri çıxarıldıqdan və baxış keçirildikdən sonra ABŞ Silahlı Qüvvələri gəmini batırıb”, – deyə açıqlamada qeyd edilib.

media-ads_728_90
Paylaş