ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi istefa verib

media-ads_728_90

ABŞ ordusunun Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən istefa verib.

“TV1” xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibi Şon Parnell məlumat verib.

“Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan administrasiyadakı vəzifəsindən gedir”, – deyə Ş.Parnell bildirib.

O, istefanın səbəbi barədə heç bir açıqlama verməyib.

Felanın vəzifəsini müvəqqəti olaraq onun birinci müavini Hanq Kao icra edəcək.

media-ads_728_90
Paylaş