Vens Azərbaycan və Ermənistana bu tarixdə səfər edəcək
ABŞ vitse-prezidenti Cey Di Vens İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcək.
“TV1” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu ölkənin nümayəndə heyəti fevralın 4-7-də İtaliyaya səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə ABŞ Dövlət katibi Mark Rubio da daxil olacaq.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da start götürəcək.








