ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib

media-ads_728_90

ABŞ qüvvələri 13 sentyabr tarixinə olan məlumata görə, İranın blokadasının təmin edilməsi çərçivəsində 101 ticarət gəmisini yönləndirib.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Paylaşımda həmçinin amerikalı hərbçinin “USS John Paul Jones” (DDG 53) esminesinin göyərtəsində “MH-60R Sea Hawk” helikopterinin pilotuna siqnal verdiyi fotoşəkil də yerləşdirilib. Qeyd olunur ki, gəmi ABŞ-nin İrana qarşı blokadasına riayət olunmasını təmin etməyə davam edir.

media-ads_728_90
Paylaş