ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub

media-ads_728_90

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

“TV1” xəbər verir ki, bu barədə Vensin mətbuat katibi açıqlamasında deyib.

Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

media-ads_728_90
Paylaş