ABŞ Prezidentinin köməkçisi: "COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük"
“Çox qısa müddət ərzində biz COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük”.
“TV1” xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib.
O ümid etdiyini bildirib ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlaşmağa başlamağımızı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək:
“Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpaolunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin qeydə alınacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.