ABŞ Ticarət Palatası: Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir
Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün olduqca cəlbedicidir.
“TV1” xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:
“Burada energetikadan tutmuş, telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var”.
K. Çoksi vurğulayıb ki, heyətdə iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edən 31-dən çox şirkət 60-dan çox nümayəndə ilə təmsil olunur.
“Bakıda keçirdiyimiz dünənki gün bizim üçün olduqca məhsuldar oldu və biz bu gün də eyni dərəcədə nəticəli iş gözləyirik”, – deyə K.Çoksi əlavə edib.








