ABŞ Ticarət Palatasının baş vitse-prezidenti: Azərbaycan COP29-u çox uğurlu şəkildə təşkil etdi
“Azərbaycan COP29-u çox uğurlu şəkildə təşkil etdi”.
“TV1” xəbər verir ki, bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
O daha sonra qeyd edib:
“Azərbaycanın ev sahibliyi etdiyi COP tədbirində həm dünyanın hələ də ehtiyac duyduğu ənənəvi enerji mənbələrinə, həm də bərpaolunan enerji mənbələrinə diqqət yetirildi. Bu, həqiqətən də mükəmməl bir balans idi”.








