ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
ABŞ və Ermənistan “Tramp marşrutu”nun həyata keçirilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyətə başladığını açıqlayıb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, işçi qrupuna ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.
ABŞ dövlət katibinin müavini Elison Huker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə işçi qrupun detallarını təqdim edib.
O bildirib ki, ABŞ-Ermənistan əməkdaşlığı, həmçinin Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üzrə irəliləyiş Cənubi Qafqazın mühüm ticarət marşrutu kimi açılması üçün yeni perspektivlər yaradır.








