media-1200x100

Açılış mərasimindən öncə bomba şoku - Paris 2024

media-ads_728_90

Paris-2024 Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada bomba şoku yaşanıb.

“TV1”  xəbər verir ki, dördilliyin ən mötəbər yarışının ev sahibinin İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu xəbəri verilib.

Bundan sonra hüquq-mühafizə orqanları hava limanını tamamilə boşaldıblar. Yoxlanışlardan sonra günorta saatlarında aeroport yenidən sərnişinlərin ixtiyarına verilib.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. /idman.biz/

media-ads_728_90
Paylaş