media-1200x100

ADY-dən Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə MÜRACİƏT

media-ads_728_90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda sərnişinlərə tövsiyələrini verib.

“TV1” xəbər verir ki, ADY ilk növbədə şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlməyə tövsiyə edib.

“Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın”, – ADY-nin məlumatında qeyd olunur.

Bildirilir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz.

media-ads_728_90
Paylaş