Ağbənd-Kəlalə körpüsünün 2026-cı ildə istifadəyə veriləcəyi gözlənilir - Ceyhun Bayramov

media-ads_728_90

“2025-ci il Azərbaycan-İran münasibətləri üçün önəmli il olub”.

“TV1” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün iranlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ümumilikdə iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya, regional təhlükəsizlik və beynəlxalq münasibətlər haqda müzakirələr aparılıb.

Nazir bildirib ki, iki ölkə arasında yerləşən Ağbənd-Kəlalə körpüsünün 2026-cı ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir.

Onun sözlərinə görə, ümumilikdə iki ölkə arasında il ərzində siyasi, iqtisadi, nəqliyyat kommunikasiya, regional təhlükəsizlik və beynəlxalq münasibətlər haqda müzakirələr aparılıb:

“2025-ci il Azərbaycan-İran münasibətləri fonunda çox uğurlu olub. 2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon dollar, 2025-ci ilin 10 ayı ərzində isə 520 milyon dollar civarında olub”.

media-ads_728_90
Paylaş