Ali məktəblərə ixtisas seçiminin vaxtı bilinib
Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçiminin keçiriləcəyi tarix məlum olub.
“TV1” Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.
Qeyd edək ki, 4 nömrəli “Abituriyent” jurnalı və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar yaxın günlərdə nəşr olunacaq.








