Almaniyanın Leypsiq aeroportunda PUA aşkarlanıb, uçuşlar müvəqqəti dayandırılıb

media-ads_728_90

Almaniyanın Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insident təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

“TV1” yerli KİV-ə istinadla xəbər verir ki, gecə saatlarında hava limanının perronunda aşkarlanan PUA-nın üzərində alışdırıcısı olan bağlama müəyyən edilib. Hüquq-mühafizə orqanları bağlamanı mümkün partlayıcı qurğu kimi qiymətləndirərək, hadisə yerinə xüsusi zərərsizləşdirmə qrupunu və məsafədən idarəolunan robot cəlb ediblər. Bağlamanın nəzarət altında partladılıb-partladılmadığı hələlik açıqlanmayıb.

Məlumata əsasən, PUA Ukraynaya məxsus “Antonov” yük təyyarəsinin yaxınlığında aşkarlanıb.

Hadisə ilə əlaqədar hava limanında uçuşlar müvəqqəti dayandırılıb, bəzi reyslər alternativ hava limanlarına yönləndirilib.

Yük təyyarələrindən biri enişi dayandıraraq yenidən havaya qalxdıqdan sonra hava limanından təxminən 6 kilometr məsafədə obyektlə toqquşub. Təyyarə Hannover hava limanına enib və baxış zamanı ön hissəsində yüngül zədələr aşkarlanıb.

Hadisə dövlət təhlükəsizliyi ilə bağlı cinayət kimi araşdırılır və təxribat ehtimalı istisna olunmur.

media-ads_728_90
Paylaş