Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir

media-ads_728_90

Türkiyənin Antalya və Mersin şəhərlərində meşə yanğınları nəzarətə götürülüb, Adanada isə alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.

“TV1”  xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

“Antalyanın Aksu və Kumluca, eləcə də Mersinin Bozyazı rayonlarında meşədənkənar ərazilərdə başlayan yanğınların şiddətini zəiflətdik. Yanğınları tamamilə nəzarət altına almaq üçün işlərimiz davam edir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Adananın Kozan rayonunda davam edən yanğına isə fasiləsiz müdaxilə olunur: “Qruplarımız yanğını bir an əvvəl nəzarət altına almaq üçün bütün imkanları ilə mübarizə aparır”.

 

media-ads_728_90
Paylaş