media-1200x100

Artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır - COP 29-un baş danışıqçısı

media-ads_728_90

“Avstraliyanın İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinə 32,5 milyon dollar vəsait ayırmasını yüksək qiymətləndiririk”.

“TV1” xəbər verir ki, bu barədə COP 29-un baş danışıqçısı Yalçın Rəfiyev COP 29 Prezidentliyinin mətbuat konfransında deyib.

“Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır. Artıq adaptasiya üzrə qlobal hədəf, yeni kollektiv kəmiyyət hədəfi (NCGQ) və BƏƏ ilə razılaşma üzərində işləyirik. Bu sənədlərin yarısı bu gecə açıqlanacaq. Çünki mətnlər üzərində iş hələ yekunlaşmayıb”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) açılışı olub. COP 29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP 29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP 29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP 29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

media-ads_728_90
Paylaş