media-1200x100

AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilməyib

media-ads_728_90

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq qurumlar siyahısında Avropa Şurası Parlament Assambleyası yoxdur.

“TV1” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib:

“ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”. /apa/

media-ads_728_90
Paylaş