Astanada Türk Ədliyyə Təlim Şəbəkəsinin forumu keçirilib - FOTO

media-ads_728_90

Astanada Qazaxıstan Ali Məhkəmə Şurasının 10 illiyinə həsr olunmuş Türk Ədliyyə Təlim Şəbəkəsinin beynəlxalq forumu keçirilib.

“TV1” xəbər verir ki, tədbirin əsas mövzusu milli ənənələr və beynəlxalq standartların balansını nəzərə alınmaqla insan hüquqlarının müdafiəsi və səmərəli ədalət mühakiməsi olub.

Forum hakim kadrlarının hazırlanması, seçilməsi və təyin edilməsinə müasir yanaşmaların müzakirəsi üçün platformaya çevrilib. Forumun işində Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistandan nümayəndə heyətləri, dövlət orqanlarının, məhkəmə sisteminin nümayəndələri, parlament üzvləri, alimlər, beynəlxalq ekspertlər və s. iştirak ediblər.

Azərbaycan Ali Məhkəməsinin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov hakimlərin hazırlanması sahəsində türk dövlətlərinin qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, ölkələr arasında təcrübə və biliklərin mübadiləsi məhkəmə sistemlərinin təkmilləşdirilməsi üçün faydalı və səmərəli olacaq.

media-ads_728_90
Paylaş