ATƏT Nazirlər Şurası Vyanada toplanacaq

media-ads_728_90

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

“TV1” xəbər verir ki, iclas 4-5 dekabr tarixlərində baş tutacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvəti ilə təşkil olunan tədbir 57 iştirakçı dövlətin və 11 tərəfdaşın xarici işlər nazirlərini bir araya gətirəcək.

“Bu il ilk dəfə olaraq ATƏT sədri (Avstriya istisna olmaqla) Nazirlər Şurasının iclasını öz ölkəsində və ya başqa bir ölkədə deyil, təşkilatın mənzil-qərargahının yerləşdiyi Vyanada keçirir. Bu qərar iştirakçı dövlətlər və Katiblik üçün səyahət xərclərini azaltmaq, həmçinin tədbirin ətraf mühitə təsirini minimuma endirmək məqsədini əks etdirir”, – məlumatda qeyd olunur.

media-ads_728_90
Paylaş