ATƏT sədri Azərbaycana səfər EDƏCƏK
Finlandiyanın xarici işlər naziri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycana səfər edəcək.
“TV1” xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb.
Bildirilib ki, Elina Valtonen oktyabrın 13-15-də Azərbaycan, Ermənistan və Gürcüstanda səfərdə olacaq.
Qeyd edək ki, onun ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqaza ilk səfəridir.