ATƏT sədrinin Azərbaycana səfəri niyə təxirə salınıb? - Rəsmi Bakının AÇIQLAMASI
ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.
“TV1” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.
“Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır”, – deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.