ATƏT XİN Şurasının iclası keçirilir

media-ads_728_90

Bu gün Vyanada (Avstriya) ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası başlayıb.

“TV1” xəbər verir ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri salamlayıb.

Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

media-ads_728_90
Paylaş