AYNA: Bakının Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq

media-ads_728_90

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.

“TV1” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.

Qeyd olunur ki, dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi “cib” tipli zolaqlar təşkil olunacaq.

Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.

Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində nizamlanmayan hərəkət qaydası ləğv ediləcək, hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq, nəqliyyatın buraxıcılıq qabiliyyəti artırılacaq, piyadaların təhlükəsiz hərəkəti təmin olunacaq.

Layihə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və Bakı-Sumqayıt dəhlizi üzrə icra olunan işlərdən biridir.

media-ads_728_90
Paylaş