Azad edilmiş ərazilərdə böyük irəliləyişin olması heyrətamizdir - Xorvatiya səfiri

media-ads_728_90

Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda aparılan işləri son mərhələdədir.

“TV1” xəbər verir ki, bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bildirib.

Səfir bildirib ki, bu, onun Şərqi Zəngəzura ilk səfəri deyil: “Artıq yeddi ildir Azərbaycandayam. Əlbəttə ki, bu, mənim Şərqi Zəngəzura ilk səfərim deyil, amma hər dəfə yenidən gələndə böyük bir dəyişikliyin, böyük irəliləyişin olması heyrətamizdir”.

Diplomat Zəngəzur dəhlizindən də danışıb: “Bu dəfə Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda aparılan işlərin son mərhələsi ilə tanış oldum. Bu, həqiqətən təsiredicidir. Təbiət çox gözəldir və mən burada yalnız yaxşı gələcək görürəm. Bura artıq müharibə ərazisi deyil. Uzun illərdən sonra yalnız yaxşı gələcək var. Bu, yaxşıdır”.

media-ads_728_90
Paylaş