Azad edilmiş ərazilərdə daha 772 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən avqust ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə ANAMA-dan verilən məlumatda bildirilir.
Bildirilir ki, ötən ay Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 551 piyada əleyhinə mina, 221 tank əleyhinə mina, 27 872 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki, 7135,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.