“Azerbaijan Business Award” 2025 mükafatının təqdimetmə mərasimi keçirilib - FOTO

media-ads_728_90

28 fevral 2026-cı il tarixində Buta Palace-da 2025-ci ilin nəticələrinə həsr olunmuş “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

“TV1” xəbər verir ki, tədbirdə dövlət qurumlarının və aparıcı şirkətlərin nümayəndələri, top-menecerlər, müxtəlif sahələri təmsil edən iş adamları, xarici qonaqlar və KİV nümayəndələri daxil olmaqla ümumilikdə 300 nəfər iştirak edib.

Mükafat laureatları təhsil, sığorta, tikinti, əczaçılıq, quşçuluq və digər sahələri təmsil edib.

“Azerbaijan Business Award” mükafatının partnyoru Faberlic, tədbirin dostları isə Molding Baku, Premier Məişət Texnikası, Miri 1996, Almond Cake & Bakery, Aymar Company, RV BEST, Via Ad Lucem, Agro Azerinvest, Khatt Shoes və Bizon şirkətləridir.

“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib.

Qonaqlar və mükafatçılar müğənni Samirə Rəcəblinin canlı ifasından böyük zövq alıblar.

Tədbirin informasiya tərəfdaşları arasında Businesstime.media, Yenisabah.az, Marja.az və Fins.az var.

“Azerbaijan Business Award” 2025 mükafatının laureatları

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün
İqtisadi və ticari əlaqələrin inkişafına verdiyi töhfəyə görə

Asan İnnovasiyalar Mərkəzi

Dövlət özəl tərəfdaşlığında lider qurum

Hatemoglu Group
İlin şirkəti – Tikinti, təmir və layihələndirmə

Hacıqabul Quşçuluq
İlin quşçuluq şirkəti

ElbaChem
Perspektivli sənaye layihəsi

Baku İnternational School
Təhsil sahəsində əldə edilən yüksək nəticələrə görə

Azərbaycan Sənaye Sığorta Şirkəti
Müştəri məmnuniyyəti

Scandens Pharmaceutical Industries LTD
Azərbaycan əczaçılıq sənayesinin inkişafına verdiyi töhfəyə görə

FAB Boya və Kimya Sənayesi
İlin keyfiyyətli boya istehsalçısı

Rəmzioğlu Paxlava

Azərbaycan paxlavasını dünyaya tanıdan ilin brendi

Eel Electric
Elektrik avadanlığı istehsalı sahəsində əldə edilən yüksək nəticələrə görə

UHY Azerbaijan
İlin audit və konsaltinq şirkəti

Aqua Vita
Xalq markası

Highginland
Alkoqollu içkilərin istehsalı sahəsində ilin brendi

İydə Parfum
İlin parfümeriya brendi

TV1 Media
“İlin ən dinamik inkişaf edən” kanalı

Radio TMB 100.5 FM
İlin radiosu

Sharaf Media
İlin kreativ agentliyi

VS Energy Service
Elektrik təchizatı işləri, elektrik qurğuların istehsalı və quraşdırılması sahəsində əldə etdiyi yüksək nəticələrə görə.

 

 

media-ads_728_90
Paylaş