Azərbaycan Bişkekdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunda təmsil olunub

media-ads_728_90

Bişkekdə “Qırğızıstan – regional qovşaq: qitələri birləşdirərək” adlı Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

’’TV1‘’ bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin paylaşdığı məlumatda bildirilib ki, forum çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) nəqliyyat nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə beynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər, alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Orta Dəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərin uyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüş keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

media-ads_728_90
Paylaş