Azərbaycanın xam neft ixracında Avropa ölkələri ilk üçlükdədir
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarını ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb. Bu siyahının ilk 3-lüyünə Avropa ölkələri başçılıq edir.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
Qeyd olunur ki, bu siyahıda ilk üçlükdə İtaliya, Çexiya və Rumıniya qərarlaşıb.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 8 milyon 881 min 441,5 min ton və ya 5 milyard 511 milyon 82,12 min dollarlıq xam neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 7,4 faiz azalma və 10,4 faiz artım deməkdir.
Siyahıda ikinci yerdə qərarlaşan Çexiyaya 1 milyon 326 min 505,3 ton, 908 milyon 481,16 min dollar dəyərində xam neft ixrac olunub. İllik müqayisədə Çexiyaya ixrac olunan xam neftin həcmi 1,4 faiz, dəyəri isə 29,5 faiz artıb.
Doqquz ayda Rumıniyaya ixrac olunan xam neftin həcmi 30,2 faiz artaraq 1 milyon 14 min 14,22 ton, dəyəri isə 50,1 faiz artaraq 644 milyon 318,31 min dollar təşkil edib.








