Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
Su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilmiş texniki şərtə uyğun olaraq aparılacaq işlərlə əlaqədar oktyabrın 19-da gecə saatlarından etibarən Bakının Nizami rayonunun bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.
“TV1” xəbər verir ki, bu barədə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” QSC məlumat yayıb.
Bildirilib ki, oktyabrın 21-də səhər saatlarında suyun verilməsi əvvəlki rejimdə bərpa ediləcək.








