media-1200x100

Azərbaycan COP29-a hazırlıqlar zamanı qərəzli və əsassız ittihamlarla üzləşib - RƏSMİ

media-ads_728_90

“Hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq – cəmi 11 ay – COP 29 Azərbaycan Sədrliyi bütün maraqlı tərəfləri cəlb etmək, onların ehtiyaclarını dinləmək və gözləntilərini anlamaq üçün çox böyük işlər görüb”.

“TV1” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda COP 29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündə deyib.

“Təəssüf ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib. Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıblar. 

Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz. Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla işə salınıb və bütün maraqlı tərəflərin cəlb edilməsi ilə öz işini davam etdirir”, – o qeyd edib.

media-ads_728_90
Paylaş