media-1200x100

"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib

media-ads_728_90

Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) gücləndirilmiş iş rejiminə keçib.

“TV1”  xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejiminə 1 noyabr tarixindən keçib.

Azər Fərəcov qeyd edib ki, gücləndirilmiş iş rejiminə keçid çərçivəsində stansiya və dayanacaqlarda əməkdaşların sayı artırılıb, onlar üçün müvafiq təlimlər keçirilib.

“Həmçinin təhlükəsizlik tədbirləri də gücləndirilib”, – Azər Fərəcov vurğulayıb.

media-ads_728_90
Paylaş